Futbol üzrə Rusiya Premyer Liqasında çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin yeni klubunun adı məlum olub.
Belə ki, 26 yaşlı yarımmüdafiəçi “Ximki” klubuna transfer olub. Yaxın vaxtlarda futbolçu ilə klub arasında müqavilə imzalanacaq.
Ayazın Çeçenistanı təmsil edən “Axmat” klubuna keçidi gündəmdə idi, lakin tərəflər son anda razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Ayaz Quliyev Moskva “Spartak”ının yetirməsidir.
Mənbə: Championat
www.RIA24.az