Bəhram Rəcəbzadənin rinqdə döyüşməmiş qalib elan edilməsinin səbəbi bilindi

İdman

ABŞ-ın Birminqem şəhərində keçirilən Ümumdünya Oyunlarında kikboksinq üzrə dünya çempionumuz Bəhram Rəcəbzadənin 1/4 finaldakı rəqibi Miroslav Vuyoviçin rinqə çıxmamasının səbəbi bilinib.

Oxu.Az-ın xəbərinə görə, monteneqrolu son dünya üçüncüsü və bosniyalı Ahmed Krnyiç yarışdan öncə dopinq test verməkdən imtina edib. Bu səbəbdən də hər iki idmançı diskvalifikasiya edilib.

Xatırladaq ki, “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə yarımfinalda ukraynalı son dünya üçüncüsü Roman Şerbatyuku məğlub edərək finala çıxıb. Onun finaldakı rəqibi xorvatiyalı Anto Şiriç olacaq.

Qeyd edək ki, Azərbaycan hazırda aerobika gimnastikası üzrə qrup komandamızın qazandığı bürünc medal sayəsində medal sıralamasında 58-ci yerdədir.

Səbuhi Musa

www.RIA24.az

Spread the love