Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, püşkatma mərasimi saat 15:00-da başlayacaq.
AFFA-nın inzibati binasında təşkil olunacaq tədbirə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Premyer Liqada mübarizə aparacaq klubların təmsilçiləri qatılacaq.
Son altı mövsümdən fərqli olaraq, bu dəfə komanda sayı 8-dən 10-a yüksəldilib. “Qarabağ”, “Neftçi”, “Zirə”, “Qəbələ”, “Sabah”, “Keşlə”, “Sumqayıt” və “Səbail” komandaları ilə yanaşı, “Turan Tovuz” və “Kəpəz”ə ölkənin əsas çempionatında iştirak etmək üçün lisenziya verilib.
Qeyd edək ki, yeni mövsüm avqustun 5-də start götürəcək.
www.RIA24.az