Münhenin “Bavariya” klubu alman hücumçu Serj Qnabri ilə müqavilənin müddətini 2026-cı ilin yayına qədər artırıb.
Bu barədə məlumat “Bavariya” klubunun rəsmi “Twitter” səhifəsində dərc olunub.
“Burada olmaqdan inanılmaz dərəcədə şadam. Komanda ilə yeni mövsümü həqiqətən səbirsizliklə gözləyirəm və həqiqətən xoşbəxtəm”, – deyə, müqaviləyə imza atan 27 yaşlı futbolçu açıqlamasında bildirib.
FC Bayern have extended @SergeGnabry‘s contract until 2026! 🔴⚪#Gnabry2026 #MiaSanMia
— FC Bayern Munich (@FCBayernEN) July 16, 2022
www.RIA24.az