“Roma”nın baş məşqçisi Joze Mourinyo qazandığı Avropa kuboklarının təsvirini döymə üsulu ilə çiyninə çəkdirib.
Portuqaliyalı mütəxəssis bu barədə sosial şəbəkədə məlumat verib.
O, Konfrans Liqasını qazandıqdan sonra romalıların sevincindən ilhamlandığını yazıb və yalnız ona məxsus olan unikal döymə etdirdiyini bildirib.
Qeyd edək ki, Maurinyo Çempionlar, Avropa və Konfrans Liqalarını qazanmış yeganə məşqçidir. Bu, 59 yaşlı mütəxəssisin ilk döyməsidir.
www.RIA24.az