Amerika millisinin yüngül atletika üzrə məşqçisi Ran Rayder Dünya Çempionatı zamanı akkreditasiya olmadan isinmə zonasına daxil olduğu üçün saxlanılıb.
Onun akkreditasiyası cinsi qısnama ilə bağlı istintaqa cəlb olunması səbəbindən ləğv edilib.
Hadisə şahidlərinin sözlərinə görə, məşqçi ona yaxınlaşan polis əməkdaşlarını görərək hadisə yerindən uzaqlaşıb. Lakin çölə çıxan kimi polis tərəfindən saxlanılıb. Məşqçiyə xəbərdarlıq edilib və bildirilib ki, yenidən həmin əraziyə daxil olsa həbs ediləcək.
Mənbə: gazeta.ru
www.RIA24.az