Dzyuba Bakıdadır: Azərbaycan klubları ilə danışıqlar aparır – İDDİA

İdman

Rusiyalı məşhur futbolçu Artyom Dzyuba karyerasını Azərbaycanda davam etdirə bilər.

Mənbə iddia edir ki, 33 yaşlı futbolçu hazırda paytaxt Bakıdadır.

A. Dzyubanın Azərbaycan Premyer Liqasının klublarından biri ilə danışıqlar apardığı bildirilir.

Məlumat üçün qeyd edək ki, A.Dzyuba 2015-2022-ci illər ərzində Sankt-Peterburqun “Zenit” klubunun heyətində çıxış edib.

Hücumçu “Zenit”in heyətində 249 oyun keçirib, 108 dəfə rəqib qapısına yol tapıb.  

Xatırladaq ki, Artyom Dzyuba Moskva “Spartak”ının yetirməsidir.

Mənbə: Sport-express.ru

www.RIA24.az

Spread the love