“Birinci hissə rəqib üstün idi və təzyiqi artırdı. İkinci hissədə öz oyunumuzu tapdıq və daha yaxşı oynadıq”.
“Report”un məlumatına görə, bunu İsveçrə “Sürix”inin baş məşqçisi Franko Foda Bakıda “Qarabağ”a 3:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis bəzi səhvlər etdiklərini söyləyib:
“İlk hissə rəqibin, ikinci hissə isə bizim hesabımıza yazıla bilər”.
Foda birinci hissədə “Qarabağ”ı saxlaya bilmədiklərini etiraf edib:
“Fasilədə bir neçə dəyişiklik etdim və bu da özünü göstərdi”.
Baş məşqçi növbəti mərhələ üçün şansların bərabər olduğunu söyləyib: “Komanda uduzanda sevinə bilmərəm”.
www.RIA24.az