“Maraqlı oyun oldu. Yaxşı mübarizə və açıq oyun gördük. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə “Sürix”inə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis oyunçularının istəkli olduğunu bildirib:
“Rəqibdən çəkinmədik və onların üzərinə getməyə çalışdıq. Həmişəki kimi bizim fanatlar möhtəşəm idi”.
www.RIA24.az