Azərbaycanın üç klubu bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
Bakının “Neftçi”, “Zirə” və Qəbələnin eyniadlı klubu sözügedən turnirdə ilk oyunlarını keçirəcəklər.
Günün ilk matçı Bakıda baş tutacaq.
“Zirə” İsrailin “Makkabi” (Təl-Əviv) komandasını qəbul edəcək. “Dalğa Arena”dakı qarşılaşma saat 20:00-da başlayacaq.
“Qəbələ” Macarıstanda “Fehervar”ın qonağı olacaq.
“Mol Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Ötən mövsümün gümüş medalçısı “Neftçi” isə Konfrans Liqasına Kiprdə start verəcək. “Ağ-qaralar” Limassol təmsilçisi “Aris”lə qarşılaşacaqlar. “AEK Arena”dakı görüşdə ədaləti xorvatiyalı İvan Bebek qoruyacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
21 iyul
20:00. “Zirə” – “Makkabi” (Təl-Əviv, İsrail)
Bakı, “Dalğa Arena”
21:00. “Fehervar” (Macarıstan) – “Qəbələ”
Sekeşfehervar, “Mol Arena”
21:30. “Aris” (Kipr) – “Neftçi”
Larnaka, “AEK Arena”
Qeyd edək ki, komandalar arasında cavab matçları iyulun 28-də keçiriləcək.
www.RIA24.az