“Qalatasaray” Fransa millisinin futbolçusunu transfer etdi

İdman

Türkiyənin “Qalatasaray” klubu Fransanın “Lion” komandasının kapitanı Leo Dyubuanı heyətinə qatdığını açıqlayıb.

Bu barədə İstanbul komandasından məlumat yayılıb.

Bildirilib ki, müdafiəçinin transferinə görə, onun klubuna 2.5 + 1 milyon avro ödəniləcək.

Futbolçu ilə 3 illik müqavilə imzalanacaq. Onun məvacibi illik 1.8 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Dyubua Fransa milli futbol komandasının üzvüdür.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love