35 yaşlı uruqvaylı hücumçu Luis Suaresin karyerasını harada davam etdirəcəyi məlum olub.
Bu barədə tanınmış idman jurnalisti Rodri Vaskes öz “Twitter” hesabında məlumat yayıb.
Belə ki, L.Suares 16 ildən sonra peşəkar karyerasına başladığı Uruqvayın “Nasional” klubuna qayıdır.
Qeyd olunur ki, L.Suares “Nasional”la qısamüddətli müqavilə imzalayacaq.
www.RIA24.az