“Barselona” klubu yay transfer pəncərəsi zamanı yeni oyunçular almaq üçün ABŞ-ın “Sixth Street” investisiya qrupu ilə 300 milyon avroluq müqavilə imzalayıb.
Bu barədə “Financial Times” məlumatlı mənbəyə istinadla xəbər verib.
Bildirilir ki, imzalanan müqaviləyə əsasən, tərəfdaşlar kluba 300 milyon avro ödəyəcək və bunun müqabilində televiziya hüquqlarının 15 faizini 25 il müddətinə alacaqlar. Xatırladaq ki, bu yaxınlarda kataloniyalılar televiziya hüquqlarının 10 faizini bu şirkətə 207,5 milyon avroya satmışdılar.
Biznesin bir hissəsinin satılması ilə bağlı qərar klub rəhbərliyi tərəfindən ötən mövsümdə yaranan maliyyə çətinlikləri ilə əlaqədar verilib.
Qeyd edək ki, “Barselona” maliyyə böhranına görə son zamanlar transfer pəncərəsindən lazımi şəkildə istifadə edə bilmirdi. Ekspertlərin fikrincə, “Spotify”la bağlanmış müqavilədən sonra daha bir böyük məbləğli müqavilə klubu böhrandan çıxaracaq.
www.RIA24.az