ABŞ-ın Los-Anceles şəhərində 30-cu “ESPY Award” mükafatlandırma mərasimi keçirilib. Tədbirdə digər idmançılarla yanaşı, ilin ən yaxşı futbolçularının da adları açıqlanıb.
Beləliklə, PSJ-nin forvardı Kilian Mbappe ilin ən yaxşı futbolçusu seçilib. Qadın futbolçular arasında isə “Çelsi”nin avstraliyalı hücumçusu Sem Kerr bu mükafata layiq görülüb.

Hər iki oyunçu FIFA-23 futbol simulyatorunun yeni versiyasının üz qabığını bəzəyəcək.
Qeyd edək ki, “ESPY Award” – ABŞ-ın ESPN televiziya kanalı tərəfindən son təqvim ili ərzində ən yaxşı idmançılara və komandalara verilən mükafatdır. 1993-cü ildə təsis edilən ESPY-nin laureatları azarkeşlərin səsverməsi ilə müəyyən edilirlər.
PSJ Fransanın hazırkı çempionudur.
Mənbə: Çempionat
www.RIA24.az