Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında komanda sayı artırıla bilər.
Bu barədə “Report”a federasiyanın birinci vitse-prezidenti Faiq Qarayev açıqlama verib.
Onun sözlərinə görə, 2022/2023 mövsümündən çempionatda ən azı 5 komanda iştirak etməlidir:
“Bu istiqamətdə Gənclər və İdman Nazirliri, federasiya rəhbərliyi və sponsorlarla danışıqlarımız davam edir. Bir az çətinliklərimiz var. Görək, necə olacaq”.
Qeyd edək ki, ötən mövsüm Superliqada 4 komanda – “Abşeron”, “Azərreyl”, “Murov” və UNEC mübarizə aparıb.
www.RIA24.az