“Barselona” və “Sevilya” Kunde ilə bağlı razılıq əldə ediblər

İdman

“Barselona” “Sevilya”nın müdafiəçisi Jül Kundeni heyətinə cəlb edə bilər.

Tərəflər 23 yaşlı futbolçunun transferi ilə bağlı prinsipial razılığa gəliblər.

Bu barədə jurnalist Jerar Romero məlumat verib.

O iddia edib  ki, müqavilə 99% ehtimalla bağlanacaq.

Yaxın bir neçə saat ərzində fövqəladə bir hal baş verməsə, Kunde “Barselona”nın oyunçusu olacaq.

Mənbə: Sports.ru

www.RIA24.az

Spread the love