Buxarestdə təşkil edilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanmış Ramil Vəlizadə üçün Su İdman Sarayında görüş təşkil edilib.
Sarayın rəhbərliyi və məşqçilərin də qatıldığı tədbirdən sonra idmançımız Baku TV-nin suallarını cavablandırıb.
O, gənclər arasında Avropa çempionatında bürünc mükafat qazanmaqla ilkə imza atdığını bildirib:
“Söz vermişdim ki, ölkəmizi, bayrağımızı bu idman növündə uğurla təmsil edəcəm. Bu gün bu uğuru qazanmışamsa, bununla fəxr edirəm. Bizdə bir klişe var ki, Azərbaycandan üzgücü çıxmır. Olimpiadada təmsilçilərimiz haqqında isə “getdi, suda batdı” kimi söhbətlər edirdilər. Sevinirəm ki, buna son qoya bildim. Ümid edirəm ki, bundan sonra daha belə söhbətlər olmayacaq. Bildirim ki, bu, son deyil, hələ başlanğıcdır”.
Daha ətraflı Baku TV-nin süjetində:
www.RIA24.az