“Barselona” və “Real Madrid” mövsümöncəsi yoxlama oyununda üz-üzə gəliblər.
Oxu.Az xəbər verir ki, görüş ABŞ-ın Las Veqas şəhərində baş tutub.
Oyunun taleyini bir qol həll edib. Belə ki, matç Kataloniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 27-ci dəqiqədə Rafinya vurub.
Qeyd edək ki, “Barselona” La Liqanın I turunda avqustun 13-də “Rayo Valyekano”nu qəbul edəcək.
Madrid klubu isə bir gün sonra “Almeriya”nın qonağı olacaq.
Gecənin digər maraqla gözlənilən yoldaşlıq oyununda isə “Bavariya” “Mançester Siti” ilə qarşılaşıb.
Bu oyunun da taleyini bir qol həll edib. Mançesterlilərin yeni transferi Erlinq Holand qarşılaşmanın 12-ci dəqiqəsində fərqlənib.
www.RIA24.az