“Yuventus” ulduz futbolçuya görə 15 milyon təklif etdi, “parislilər” razılaşmadı

İdman

İtaliyanın “Yuventus” klubu yarımmüdafiəçi Leandro Parades üçün PSJ-yə transfer təklifi göndərib.

Belə ki, Turin klubu futbolçu üçün 15 milyon avro, həmçinin bir sıra bonuslar təklif edib. “Yuve” futbolçunu satınalma öhdəliyi ilə icarəyə götürmək istəyib. “Parislilər”in “Yuventus”dan tələbinin isə 20-30 milyon avro arasında dəyişə biləcəyi qeyd olunur.

Mənbə: Corriere dello Sport

www.RIA24.az

Spread the love