“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodanla bağlı apellyasiya şikayəti təmin olunub.
“Report”un Rumıniya mətbuatına istinadən məlumatına görə, İlfov məhkəməsi 47 yaşlı mütəxəssisin aylıq cəmi 2 000 avro aliment ödəməsinə qərar verib. Daha əvvəl bu məbləğ 7 000 avro idi.
Rumıniyalı baş məşqçi 2008-2021-ci illərdə Prodanla ailəli olub. Onların bir övladı var.
Qeyd edək ki, Laurentsiu Regekampf “Neftçi” ilə iki illik müqavilə imzalayıb.
www.RIA24.az