“Beşiktaş”ın yetirməsi klubdan göz yaşları ilə ayrıldı – VİDEO

İdman

Futbolun sirlərini öyrəndiyi və formasını geyindiyi “Beşiktaş”dan ayrılaraq Şotlandiyanın “Qlazqo Reyncers” klubuna transfer olan gənc futbolçu Rıdvan Yılmaz doğma klubu ilə vidalaşıb.

“İlk növbədə hamınıza təşəkkür etmək istəyirəm. Təbii ki, xoşbəxtəm, amma bu gözəl komanda yoldaşlarımdan və bu gözəl klubdan ayrıldığım üçün həm də kədərlənirəm. Arzumu həyata keçirirəm və onun arxasınca gedirəm. Avropada oynamaq arzum var idi və doğma klubuma pul qazandıraraq buradan ayrılıram. Hər kəs özünə yaxşı baxsın, Allaha əmanət olsun. Bir daha görüşmək ümidi ilə”, – deyərək 21 yaşlı futbolçu göz yaşlarına hakim ola bilməyib.

Mənbə: Haber Global

www.RIA24.az

Spread the love