Rafael Fiziyev: “Döyüşdən öncə yeddi melatonin həbi qəbul etmişdim”

İdman

“Döyüşdən öncə Rafael yata bilmirdi. Ona görə də o, melatonin həbi qəbul etməli oldu”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyevin meneceri Sayad Əbdurəhmanov deyib.

Rafael Fiziyev UFC-dəki son döyüşündə braziliyalı Rafael dos Anjos üzərində qələbə qazanmazdan öncə yuxuya gedə bilmirmiş. Onun Qazaxıstandan olan meneceri bəzi sirləri açıb:

“Sonda o, ikinci həbi atdı. Daha sonra üçüncüsünü. Yenə yata bilmirdi. Sonra tərkibində melatonin olan CBD rezinini götürdü və soruşdu: “Mən çoxmu melatonin qəbul etdim? Bu, mənə döyüş zamanı təsir etməz? Mən də “Niyə bir şeyi edib, sonra niyə bunu etdiyini düşünürsən?” söylədim.

Daha sonra o, vanna otağına getdi. Özünü məcbur etdi ki, qəbul etdiyi bütün melatonin həblərini qaytarsın”.

Fiziyev özü isə bu barədə belə danışıb: “Mən ümumilikdə 7 melatonin həbi qəbul etmişdim. Ancaq mən qorxmağa başladım. Çünki ola bilərdi ki, qəbul etdiyim həblərə görə mən döyüş vaxtı yuxuya gedə bilərdim. Ona görə də onları qaytarmağım lazım idi… Mən bir də heç vaxt bu pislikdən istifadə etməyəcəyəm”.

Qeyd edək ki, Qırğızıstan vətəndaşı olan Rafael Fiziyev Rafael dos Anjosla döyüşə ilk dəfə Azərbaycan bayrağı ilə çıxıb.

www.RIA24.az

Spread the love