“Fənərbağça”nın hücumçusu İtaliya klubuna keçdi

Dünya İdman

Türkiyə “Fənərbağça”sının futbolçusu Vedat Murikinin İtaliyanın “Latsio” komandasına transferi gerçəkləşib.
Roma təmsilçisi kosovolu hücumçuya görə qarşı tərəfə 17,5 milyon avro təzminat və 2,5 milyon avro əlavə bonus ödəyəcək.
Həmçinin “Fənərbağça” 26 yaşlı forvardın növbəti satışından əlavə pay da alacaq. Muriki başqa kluba keçərsə, “Latsio” transfer məbləğinin 5 faizini Superliqa təmsilçisinə ödəyəcək.
Qeyd edək ki, Vedat Muriki 2019/2020 mövsümünün əvvəlində “Rizespor”dan “Fənərbağça”ya keçmişdi.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir