“Formula 1” Dünya Çempionatının Bakı Qran-prisi ləğv edilib.
Bu barədə “F1News” nəşri qeyri-rəsmi məlumat yayıb.
Xəbərə görə, ləğv edilən təkcə Bakı yarışı olmayacaq. Eyni zamanda, Sinqapur Qran-prisi də keçirilməyəcək.
Bu il ABŞ, Vyetnam, Soçi, Meksika, Bəhreyn və Abu-Dabi yarışlarının baş tutacağı gözlənilir.
Bakı Şəhər Halqası (BŞH) koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı xarici mətbuatda yayılmış məlumata aydınlıq gətirib.
BŞH-dən Trend-ə verilən məlumata görə, hazırda Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Azərbaycan Qran Prisi hələ də builki Formula 1-in təqvimində təxirə salınmış kimi qalmaqdadır.
BŞH ilə Formula 1 rəhbərliyi arasında müzakirələr davam edir.
Xatırladaq ki, Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılırdı. Koronavirus pandemiyası səbəbindən yarış təxirə salınıb.
Qeyd edək ki, “Formula 1” üzrə Bakı Qran-prisi 5-7 iyunda keçirilməli idi. Lakin yeni tip koronavirus pandemiyasına görə təxirə salınmışdı.