Hacı Əliyev olimpiya və dördqat dünya çempionuna qarşı – FOTO

İdman

Sərbəst güləş üzrə olimpiya mükafatçımız, dünya və Avropa çempionu Hacı Əliyev Ümumdünya Güləş Birliyinin (UWW) “Instagram” səhifəsinin keçirdiyi virtual turnirdə yarımfinala yüksəlib.
Tanınmış idmançımızın yarımfinaldakı rəqibi 1/4 finalda öz həmyerlisi Kayl Sneyderi üstələmiş amerikalı olimpiya, dördqat dünya və dördqat Panamerika Oyunları çempionu Cordan Barouzdur.

Digər yarımfinalçılar rusiyalı Abdulrəşid Sadullayevlə iranlı Həsən Yazdanidir.
Qeyd edək ki, səsvermə UWW-nin “Instagram” hesabının “Hekayə” bölməsində keçirilir. Hacı Əliyev daha əvvəlki mərhələlərdə gürcü Qeno Petriaşvilini və İtaliya təmsilçisi Frank Çamisonu səsvermə nəticəsində üstələyib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir