Afrikalı futbolçudan Azərbaycana vida

“Qarabağ”dan ayrılan kabo-verdeli futbolçu Patrik Andrade vida paylaşımı edib.

Ria24.Az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi şəxsi “Instagram” səhifəsində komandada yaşadıqlarına və xoşbəxt olmaq üçün əldə etdiyi imkanlara görə Ağdam təmsilçisinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Patrik Andradenin Serbiyanın “Partizan” klubuna keçəcəyi gözlənilir.

www.RIA24.az