“Araz-Naxçıvan”a texniki məğlubiyyət verildi, finala çıxan komanda “Xan Lənkəran” oldu

Region Liqasının yarımfinalında “Xan Lənkəran”a qalib gələrək finala vəsiqə qazanan “Araz-Naxçıvan” klubuna texniki məğlubiyyət verilib.

Ria24.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. Bu səbəbdən Naxçıvan komandası 0:3 hesablı texniki məğlubiyyət alıb.

Qeyd edək ki, həmin yarımfinal qarşılaşması “Araz-Naxçıvan”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq bu texniki məğlubiyyətdən sonra finala çıxan komanda Lənkəran təmsilçisi olub.

Beləliklə, Region Liqasının finalında “Xan Lənkəran” və “Cəbrayıl” komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın 20-də Şamaxı şəhər stadionunda oynanılacaq.

Onu da bildirək ki, “Araz-Naxçıvan” növbəti mövsüm I divizionda oynamalıdır.

www.RIA24.az