Atıcılıq Federasiyasına yeni vitse-prezident təyin edilib – ÖZƏL

Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub.

Ria24.Az-ın əldə etdiyi xəbərə görə, sabiq polis polkovnik-leytenantı Tofiq Bəylərov bu qurumun üçüncü vitse-prezidenti olub.

Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır.

Səbuhi Musa

www.RIA24.az