Azər Əliyevə Azərbaycan pasportu verilməsi niyə yubanır?

“Yeni futbolçularla bağlı işlər uzun müddətdir, başlayıb. Bir neçə gündür baş məşqçi ilə də danışırıq. Bəzi futbolçularla ilkin razılıq var. Əminlik olmasa, futbolçularla müqavilə imzalamayacağıq. İnanırıq ki, komandamıza kömək edə biləcək gücdə oyunçular gələcək”.

Ria24.Az-ın xəbərinə görə, bunu “Neftçi”nin idman direktoru Zaur Əzizov deyib.

“Müqaviləsi başa çatan futbolçular var. Mövsümü baş məşqçi ilə müzakirə edirik. Maşado və Tyaqo düşərgədə deyil. Gün ərzində bu məsələ yekunlaşacaq”.

O, Azər Əliyevin milliləşdirilməsi haqda da bunları söyləyib:

“Bu məsələ xeyli uzandı. Düşünürük ki, qısa müddətdə həllini tapacaq”.

Səbuhi Musa

www.RIA24.az