Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Universal Döyüş Federasiyası Ağdamda birgə layihə keçiriblər – VİDEO

Ağdam Olimpiya İdman Kompleksində Universal döyüş idman növü üzrə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçirilib. Federasiya rəsmiləri və fəxri qonaqlar tərəfindən Ulu Öndərin abidəsi önünə güllər qoyulub.

Tədbirin açılış mərasimində Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov çıxış edib. Federasiya prezidenti Ulu Öndərimizin dövlət quruculuğu sahəsində misilsiz fəaliyyətindən bəhs edib.

Turnirin qalibləri Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən kubok və medallarla təltif olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir