Azərbaycanlı cüdoçu Avropa çempionatında erməni rəqibinə qalib gələrək finala çıxdı

Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında idmançılarımız iştirak edirlər.

Ria24.Az xəbər verir ki, oğlanların mübarizəsində Şahin Oruczadə (-55 kq) yarımfinal görüşündə ermənistanlı rəqibi Vahe Ağasyan üzərində möhtəşəm qələbə qazanıb.

Şahinin final görüşündə rəqibi serbiyalı idmançı Matiya Yeremiç olacaq

Nizami İmranov (-60 kq) isə final görüşündə macarıstanlı cüdoçu Adam Mayor ilə qarşılaşacaq.

Qızların yarışında isə Aydan Vəliyeva (48 kq) qızıl medal uğrunda İsveç təmsilçisi Tara Babulfat ilə görüşəcək.

www.RIA24.az