Azərbaycanlı futbolçuya dayça hədiyyə olundu – FOTO/VİDEO

Futbolçu Əfran İsmayılova at hədiyyə edilib.

Son günlərdə at sürməyi ilə sosial şəbəkələrdə gündəmə gələn Əfran İsmayılova hədiyyəni Ağstafanın Sadıqlı kəndində yerləşən “Dilbaz” atçılıq təsərrüfatının rəhbəri Səlimxan Gülalılev bağışlayıb.

Ə.İsmayılov “Instagram”da Səlimxan Gülalıyevə öz təşəkkürünü çatdırıb. Saytımıza açıqlamasında futbolçu bildirib ki, bu bir yaşlı dayçadır. Artıq ona dayçanın sənədləri təqdim olunub və sahibi sayılır.

Qeyd edək ki, Əfran İsmayılov “Keşlə”dən bu yay ayrıldıqdan sonra hələ ki klubsuzdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir