Azərbaycanlı olimpiya çempionunun oğlundan uğurlu nəticə

Yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurovun oğlu şahmatda uğur qazanıb.

Ria24.Az-ın xəbərinə görə, Raul Mansurov Bakı şəhəri üzrə keçirilən təsnifat turnirində I dərəcə kateqoriyasında qalib olub və bununla da I dərəcə normasını yerinə yetirib.

Qeyd edək ki, Fərid Mansurovun oğlu Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı tərəfindən yaradılmış Dünya Məktəbinin rus bölməsinin IV sinif şagirdidir.

Səbuhi Musa

www.RIA24.az