Bakıdakı Dünya Kubokunda medallar dronla təqdim olundu – Foto

Bakıda keçirilmiş bədii gimnastika üzrə Dünya Kubokunda yer tutan idmançılara medalların verilməsi üsulu diqqət çəkib. Pandemiya səbəbindən idmançılara medallar dronlar vasitəsilə təqdim edilib. Qeyd edək ki, ötən gün başa çatmış Dünya Kubokunda Zeynəb Hümmətova, Ləman Əlimuradova, Məryəm Səfərova, Darya Sorokina və Yelizaveta Luzandan ibarət Azərbaycan komandası 5 topla hərəkətlərdə bürünc medal qazanıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir