“Barselona”nın sabiq oyunçusu Azərbaycanda çıxış edəcək – FOTOLAR

“Azərreyl” voleybol klubu növbəti transferini həyata keçirib.
İspaniyalı oyunçu Ana Nyusamla müqavilə bağlanılıb.
22 yaşlı idmançı ilə imzalanmış müqavilənin müddəti bir ildir. 
2013-2015-ci illərdə iki mövsüm İspaniyanın məşhur “Barselona” klubunda çıxış etmiş Ana İtaliyada “Neruda” (2015/2016 mövsümü) və ABŞ-da “San Dieqo Yuniversiti”də (2016-2020-ci illər) forma geyinib. ABŞ-da olarkən ailə həyatı qurub.
Qeyd edək ki, “Azərreyl” daha əvvəl slovakiyalı Romana Hudetsova, amerikalı Kazmier Braun, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə bir illik anlaşma əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir