“Çelsi” Lukakunu icarəyə verir

Romelu Lukaku “Çelsi”dən “İnter”ə keçir.

İtaliya klubu 29 yaşlı hücumçunu bir mövsümlük icarəyə götürür. Sövdələşməyə satın alma imkanı daxil deyil.

Artıq klublar müqavilənin demək olar ki, bütün detalları ilə bağlı razılığa gəliblər. “İnter” belçikalının icarəsi üçün 8 milyon avro ödəyəcək.

Qeyd edək ki, Lukaku 2019-2021-ci illərdə “İnter”də çıxış edib. O, keçən yay 115 milyon avroya “Çelsi”yə satılıb. 29 yaşlı hücumçu ötən mövsüm “Çelsi”nin heyətində meydana çıxdığı bütün turnirlərdə 44 oyunda 15 qol vurub.

Mənbə: sports.ru

www.RIA24.az