FIFA Rusiyada futbol oynayan əcnəbilərə klubları ilə müqaviləni pozmağa icazə verib

FIFA Rusiya və Ukrayna klubları ilə müqaviləsi olan əcnəbi futbolçu və məşqçilərlə bağlı yeni açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Rusiyada top qovan əcnəbi futbolçular, həmçinin klublarda çalışan məşqçilərin 2023-cü il iyunun 30-dək əmək müqavilələrini dayandırmaq hüququ olacaq.

Məlumatda həmçinin qeyd olunur ki, Rusiya Futbol İttifaqına üzv olan komandalar 2022-ci il iyunun 30-dək legionerlərlə qarşılıqlı razılığa gəlməlidirlər.

Qeyd edək ki, Rusiya yığmaları və klubları Ukraynadakı müharibəyə görə FIFA və UEFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıblar.

Mənbə: FIFA.com

www.RIA24.az