Firdovsi Fərzəliyev finala çıxdı, Rafael Ağayev mübarizəni erkən dayandırdı

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Türkiyənin İstanbul şəhərində bu gün start götürən Premyer Liqa turnirində finala vəsiqə qazanıb.

60 kq-da mübarizə aparan idmançı qızıl medal görüşünə çıxacaq.

Həmçinin kata üzrə Azərbaycan millisi bürünc medal uğrunda yarışacaq. Hər iki qarşılaşma martın 14-də olacaq.

Yığmanın lideri Rafael Ağayev (-75 kq) isə 1/4 finalda məğlub olaraq medalsız qalıb.

Qeyd edək ki, bu yarış karate millimizin pandemiya dönəmində bir illik fasilədən sonra çıxdığı ilk yarışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir