Güləş millimizdən uğurlu NƏTİCƏ

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

ria24.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında qatılan millimiz uğurlu nəticəyə imza atıb.

Belə ki, məsul yarışda mübarizə aparan 6 güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə dövlət himnimizi səsləndiriblər. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutublar.

Beləliklə, Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.