Hacı Nurana vəzifə verildi

Teleaparıcı Nuran Hüseynov (Hacı Nuran) yeni vəzifəyə təyin olunub.  

Bu barədə o, “Instagram” səhifəsində paylaşım edib.

Bildirib ki, o, Azərbaycan Alpaqut Federasiyasının İctimai məsələlər üzrə vitse-prezidenti təyin edilib.

Qeyd edək ki, alpaqut əlbəyaxa döyüş növü olmaqla, Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir