İranlı baş məşqçi Azərbaycan millisindən istefa verdi – RƏSMİ + FOTO

Taekvondo üzrə kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandust istefa verib.

Ria24.Az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub. Verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər olunub.

Belə ki, öz xahişi ilə istefa verən Reza Mehmandustun yerinə Məmməd Abdullayev komandaya baş məşqçi təyin edilib. Onun köməkçisi Rəşad Məmmədov olacaq. Sənan Həşimov isə qadınlardan ibarət milli komandanın böyük məşqçisi təyin edilib.

Xatırladaq ki, Ria24.Az saytı bu ayın əvvəli baş məşqçinin dəyişiləcəyini yazmışdı. Lakin bununla belə, bir gün sonra Azərbaycan Taekvondo Federasiyası tərəfindən bəyanat yayılaraq xəbərimiz təkzib olunmuşdu.

Səbuhi Musa

www.RIA24.az