İslamiada üçün Azərbaycan nümayəndə heyətinin rəhbəri bilindi – EKSKLÜZİV

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında Azərbaycanın nümayəndə heyətinin rəhbəri (şef-de-mission) bilinib.

Ria24.Az-ın əldə etdiyi xəbərə görə, bu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədovdur.

Qeyd edək ki, İslamiada 9-18 avqust tarixlərində keçiriləcək. Analoji yarışın sonuncusunu 2017-ci ildə Azərbaycan təşkil edib.

Səbuhi Musa

www.RIA24.az