İsrail millisinin sabiq futbolçusu “Neftçi”də – FOTO

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Reqekampfın gəlişindən sonra ilk transfer reallaşıb.

Ria24.Az xəbər verir ki, “Neftçi” İsrailin “Aşdod” klubu ilə müqaviləsinin müddəti başa çatan Ataa Caberi sıralarına qatıb.

Milliyyətcə ərəb olan 27 yaşlı dayaq yarımmüdafiəçisi artıq Azərbaycandadır.

Qeyd edək ki, Ataa Caber 2015-2017-ci illərdə İsrailin 21 yaşadək millisində çıxış edib.

www.RIA24.az