“Kamp Nou” təmirə bağlanır

“Barselona”nın prezidenti Xuan Laporta klubun 2023-2024 mövsümündə ev oyunlarını şəhərdəki Olimpiya Stadionunda keçirəcəyini açıqlayıb.

Buna səbəb “Kamp Nou”nun təmirlə əlaqədar fəaliyyətini müvəqqəti dayandırmasıdır.

X.Laporta həmçinin əlavə edib ki, Olimpiya Stadionunun icarəsi “Barselona”ya 15-20 milyon avroya başa gələcək.

Mənbə: Marca

www.RIA24.az