Lukakunun “İnter”də qazancı məlum oldu

“Çelsi”nin və Belçika millisinin 29 yaşlı hücumçusu Romelu Lukaku gələn həftə İtaliyaya yollanacaq.

Belçikalı bir illik icarə əsasında “İnter”də çıxış edəcək. Tibbi müayinədən sonra futbolçu müqaviləyə imza atacaq.

İtaliyalı jurnalist Fabrisio Romano müvəqqəti transferin təfərrüatını açıqlayıb.

Mənbənin bildirdiyinə görə, “İnter” belçikalı futbolçunun transferi üçün “Çelsi”yə səkkiz milyon avro, daha dörd milyon avronu isə bonus olaraq ödəyəcək.

“Çelsi”də ilinə 12 milyon avro alan R.Lukaku “İnter”də səkkiz milyon avro alacaq.

www.RIA24.az