Millimizin qapıçısından xadiməyə qarşı təqdirəlayiq davranış – VİDEO

Azərbaycan millisinin futzalçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə səfər oyununda inamlı çıxışı ilə yanaşı, xanıma qarşı ibrətamiz davranışı ilə diqqət çəkib. 30 yaşlı qapıçı ilk hissənin başa çatmasına 3 dəqiqə qalmış rəqib oyunçunun zərbəsinin qarşısını alarkən yerə yıxılıb. Tezliklə ayağa qalxan Hüseynli bərpa məşqi etdiyi vaxt kənarda əyləşən təmizlik işçisi dərhal meydana daxil olaraq, yeri silmək istəyib. Bu zaman millinin qapıçısı dərhal xadimənin əlindən döşəməsiləni alıb və bu işi özü görüb. Qeyd edək ki, hazırda ikinci hissə oynanılır və hesab Azərbaycan millisinin xeyrinədir – 2:0.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir