Paralimpiyaçılarımız Tunisə yola düşüblər

Atletika idman növü üzrə milli komanda Tunisə yola düşüb.

Bu barədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, atletika idman növü üzrə milli komanda baş məşqçi, ikiqat paralimpiya çempionu Oleq Panyutinin rəhbərliyi altında 23-30 iyun tarixlərində Tunisdə keçiriləcək Qran-pridə iştirak etmək üçün yola düşüb.

www.RIA24.az