“Qarabağ” Avstriyaya yollandı – FOTO/VİDEO

İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını başa vurub.

Ria24.Az xəbər verir ki, “köhlən atlar” hazırlıq prosesinin ikinci mərhələsi üçün ötən gecə Avstriyaya yollanıb.

Ağdam təmsilçisi sözügedən ölkədə üç yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik rəqiblərin adları bəlli deyil.

Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” I təsnifat mərhələsində Polşanın “Lex” komandası ilə qarşılaşacaq.

www.RIA24.az