“Qarabağ” “Sileks”i keçsə… – Potensial rəqibləri AÇIQLANDI

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılacaq.
Püşkdən əvvəl UEFA komandaları yenidən qruplara bölüb.
Birinci təsnifat mərhələsində Şimali Makedoniya “Sileks”i ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ” 3-cü qrupda yer alıb.
Çempionumuz makedoniyalıları keçəcəyi halda dörd variantdan biri ilə rəqib olacaq.
Bu variantlarda yeddi mümkün komanda ilə qarşılaşa bilər.
“Midtülland” (Danimarka)“Şerif” (Moldova) / “Fola” (Lüksemburq) cütünün qalibi“Konnah” (Uels) / “Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi“Dinamo” (Tbilisi, Gürcüstan) / “Tirana” (Albaniya) cütünün qalibi.
Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü bu gün atılacaq, oyunları avqustun 25 və ya 26-da baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir