“Qarabağ”dan “Partizan”a – FOTO

“Qarabağ”dan ayrılan Patrik Andradenin yeni klubu rəsmiləşib.

Ria24.Az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi karyerasını Serbiyada davam etdirəcək.

“Partizan” klubu 29 yaşlı mərkəz yarımmüdafiəçisi ilə üç illik müqavilə imzalandığını açıqlayıb. Futbolçunun Azərbaycan çempionu ilə müqaviləsi bitdiyindən Serbiya klubuna azad agent kimi keçib. “Partizan” sabah onu ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, “Partizan” ötəm mövsüm Serbiya çempionatını gümüş medalla başa vurub.

www.RIA24.az